Ekonomiks 13:56 16.01.2024

"Saro çayları"nın direktoru: "Bizə səhvən vergi borcu qaiməsi yazılıb..." (YENİLƏNİB)

"Saro çayları"nın satışını həyata keçirən "Saro Tea" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Murad Yaqubov 51570.65 manat vergi borc yaranmasına və mənimsəmə faktına görə Qaynarinfo-da yayımlanan xəbərə münasibət bildirib.

Murad Yaqubov saytımıza açıqlamasında bildirib ki, "Saro Tea" MMC-nin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 51570.65 manat vergi borcu yoxdur. İdarə tərəfindən səhvən şirkətin adına borc qaiməsi yazılıb. Məlumatdan sonra qaimə vergilər idarəsi tərəfindən ləğv edilib. 

Digər bir məsələ "Saro Tea" MMC-də maliyyə mənimsəməsinə görə Cahangirov İlkinur İlkin oğluna cinayət işi açılıb. İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq. 

Murad Yaqubov bildirib ki, hələlik sözügedən məsələ ilə bağlı qərar verilməyib. Amma adıçəkilən şəxs onların region nümayəndəsi olub. Daha ətraflı açıqlama verə bilməyəcək.

*************** 
12.01.2024 // 18.56
 
"Saro çayları"nın satışı ilə məşğul olan "Saro Tea" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borc yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Yaqubov Murad Əvəz oğlu olan "Saro Tea" MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 51570.65 manat vergi borcu var.

Artıq sözügedən borcun ödənilməsi üçün "Saro Tea" MMC-yə bildiriş göndərilib, əks halda şirkətin qanuni təmsilçisi Murad Yaqubovun ölkədən çıxışına "stop" qoyulacağı deyilir.

Bu arada "Saro Tea" MMC-də maliyyə mənimsəməsinə görə Cahangirov İlkinur İlkin oğlu saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə)  maddəsi ilə cinayət işi açılıb. 

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq. 

Əhməd