İdman 17:53 03.02.2023

"Səbail"ə xərəkdaşıyan cəzası

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Premyer Liqanın 20-ci turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul olunub.

"Sumqayıt” – "Turan Tovuz” oyununda Turan Tovuz klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

"Səbail” – "Kəpəz” oyununda "Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

"Səbail” – "Kəpəz” oyununda "Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunur (maddə 64.1).

"Qəbələ” - "Sabah” oyununda "Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

"Qəbələ” - "Sabah” oyununda "Qəbələ” klubunun oyunçusu Ruan Renato ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

"Qəbələ” - "Sabah” oyununda "Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə görə klub 800 manat cərimə olunur (maddə 39).

"Neftçi” - "Zirə” oyununda "Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

Səbuhi Həsənov