İdman 19:58 14.01.2023

"Səbail" klubu yeni hücumçu transfer etdi

"Səbail" komandası yeni futbolçu transfer edib.

Klubdan Qaynarinfo-ya verilən məlumata görə, "dənizçilər" David Qomisi heyətinə qatıb.

Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, David Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau" komandasının şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasının da üzvüdür.