Xəbər lenti

Səbinə Kətanovaya qarşı dələduzluq edən şəxs qərardan şikayətçidir
Ölkə 13:16 29.04.2024

Səbinə Kətanovaya qarşı dələduzluq edən şəxs qərardan şikayətçidir

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin barəsindəki hökmdən kassasiya şikayəti verilib. 
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası mayın 2-nə təyin edilib.

Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Təqsirləndirilən şəxs ona 130 min manatdan çox zərər vurduğu bildirilir. İş üzrə 17 nəfər zərərçəkən şəxs olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->