Dünya 15:06 28.07.2023

Senarist və aktyorların tətili üzündən “Emmi” təxirə salındı

"Emmi” mükafatının 75-ci təqdimetmə mərasimi aktyor və senaristlərin tətili səbəbindən təxirə salınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Variety” məlumat yayıb.

Tədbir sentyabrın 18-də baş tutmalı idi. Mərasimin yeni tarixi hələ məlum deyil, lakin nəşr hesab edir ki, mükafat 2024-cü ilin əvvəlində baş tuta bilər.

2001-ci ildən bəri ilk dəfə "Emmi” mükafatının təqdimetmə mərasiminin vaxtı dəyişdirilib. Həmin il belə qərarın səbəbləri 11 sentyabr terror aktı və Əfqanıstanda müharibənin başlaması olub.

Xatırladaq ki, iyulun 13-də ABŞ Kino aktyorları Gildiyası mayın əvvəlindən tətil edən senaristlərə qoşularaq tətilə başladığını elan edib. Həmkarlar ittifaqı üzvləri maaşların artırılmasını, striminq xidmətlərindən tutulmaları və süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb ediblər.

Aktyor və senaristlərin birgə tətili 1960-cı ildən bəri ilk dəfə baş verib.

Nizami Bağırov