Foto 19:00 03.03.2022

Seymur Orucov Qıraq Kəsəmən kəndində səyyar qəbul keçirdi (FOTOLAR)

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qıraq Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Səyyar görüşdə başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri işitrak ediblər.

Kənddə əhalini narahat edən məsələlər araşdırılıb, sakinlərin təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

RİH başçısının Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nürəddin Yaqubəliyevin arayışı dinlənilib. Qeyd olunub ki, şəhidlərin xatirəsinə inşa olunmuş 2 ədəd bulaq-abidə kompleksi istifadəyə verilib, kənd körpələr evi-uşaq bağçasının binası əsaslı təmir olunub, 3 ədəd avtobus dayanacağı quraşdırılıb, yeni məhəlləyə 1600 metr məsafədən yeni içməli su xətti çəkilib, 2 ədəd subartezian quyusu təmir olunub, 6 ədəd elektrik dayağı yenisi ilə əvəzlənib, kənddaxili yolların təmiri çəçrivəsində daha 1,2 km uzunluğunda yol xırlanaraq qreyderlə hamarlanıb, 2 km-dək suvarma arxı lildən təmizlənib.