Foto 17:10 12.01.2024

"Səyyar qəbul otağı" həftəlik işini Ağdaş rayonunda başa vurdu (FOTO)

Həftənin sonuncu "Açıq mikrofon" aksiyası Ağdaş rayonunun Qaradeyin kəndində baş tutub. 

"Səyyar qəbul otağı"na 30-dək kənd sakini qatılıb. Mikrofon önünə keçən vətəndaşlar sözügedən kəndə daşıyıcı qaz xəttinin çəkilməsi münasibəti ilə ölkə başçısına minnətdarlıqlarını ünvanlayıblar. 

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi təbii qazdan təhlükəsiz istifadə qaydalarını görüş iştirakçılarının diqqətini çatdırıb.