Dünya 10:38 23.10.2022

Si Cinpin yenidən Hərbi Şuranın sədri postunu tutdu

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi partiyanın yeni Hərbi Şurasını seçib.
 
Qaynarinfo "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Şuranın sədr postunu Çinin rəhbəri Si Cinpin saxlayıb.

Eyni zamanda 72 yaşlı general Çjan Yusya və 65 yaşlı general Xe Dunvey Hərbi Şura sədrinin müavinləri seçilib.

Hərbi Şura Çin Xalq Respublikasının bütün silahlı qüvvələrinə birbaşa rəhbərlik edən ali partiya orqanıdır.