İdman 19:22 18.05.2023

Silahla şəkil paylaşan qalmaqallı basketbolçu danışdı: "Hərəkətlərim üçün..."

NBA komandalarından "Memphis Grizzlies"in basketbolçusu Ca Morant mart ayında gecə klubunda rəqs edərkən çəkdiyi videonun bir hissəsində əlindəki silahın görüntülərini İnstaqram hesabında paylaşmışdı.

Qaynarinfo-nun məlumatına görə, bundan sonra basketbolçu sonradan davranışına görə Memfis şəhərindən və klubundan üzr istəsə də, bu üzrxahlıq kifayət etmədiyi üçün 8 oyunluq cəzalanmışdı. Amma bundan dərs almayan basketbolçu bir neçə gün öncə yenidən silahla şəkil paylaşaraq gündəmə gəlmişdi. Məhz bu adımından sonra o, NBA tərəfindən qeyri-müəyyən müddətə basketboldan uzaqlaşdırılıb.

Hadisə ilə bağlı susqunluğunu pozan Morant açıqlamasında, "Mənə dəstək olan bir çox insanı məyus etdiyimi bilirəm. Bu, uzun bir yoldur və başa düşürəm ki, daha çox işim var. Sözlərim doğru bir məna daşımaya bilər. Hərəkətlərim üçün tam məsuliyyəti öz üzərimə götürürəm. Bunun üzərində işləməyə davam etməkdə qərarlıyam" - ifadələrindən istifadə edib.

Amerikalı basketbolçu 2019-20 mövsümündə "Memphis Grizzlies"in forması ilə NBA-da "İlin yeni oyunçusu" mükafatına layiq görüldü və 18 ildən sonra klubu üçün yeni bir zəmin yaratdı. Komandada bu mükafatı sonuncu dəfə 2001-02 mövsümündə Pau Qasol qazanmışdı.

Səbuhi Həsənov