Xəbər lenti

Slovakiya Rusiyanı parlament seçkilərinə müdaxilədə ittiham etdi
Dünya 14:48 03.10.2023

Slovakiya Rusiyanı parlament seçkilərinə müdaxilədə ittiham etdi

Slovakiya Rusiyanı populist Robert Fikonun rəhbərlik etdiyi rusiyayönlü Smer-SD partiyasının qalib gəldiyi parlament seçkilərinə müdaxilə etməkdə ittiham edib.

Qaynarinfo AFP-yə istinadən xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bratislava bildirib ki, Rusiya seçkiqabağı bəyanatlar verməklə seçkilərə müdaxilə edib. Belə ki, parlament seçkilərindən bir müddət əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Slovakiyanın Ukraynayönlü mərkəzçi partiyasının "ABŞ-ın proksi”si olduğunu iddia edib. 

"Biz belə qəsdən yayılmış dezinformasiyanı Rusiya Federasiyasının Slovakiya Respublikasındakı seçki prosesinə qəbuledilməz müdaxiləsi kimi qiymətləndiririk”, - Slovakiya Xarici İşlər Nazirliyi qeyd edib.

Nazirlik Rusiya səfirliyinin əməkdaşını dəvət edərək Moskvanı "Slovakiyaya yönəlmiş dezinformasiya fəaliyyətini dayandırmağa” çağırıb.

Kreml seçkilərə müdaxilə ilə bağlı ittihamları rədd edib.

ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller Vaşinqtonun "bu məsələdə slovakiyalı həmkarlarla sıx əlaqədə olduğunu” deyib.

"Birləşmiş Ştatlar xarici seçkilərdə tərəf tutmur" deyən Miller, ABŞ-ın "slovak xalqının seçdiyi hökumətlə birlikdə işləməyə davam edəcəyini" qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də Slovakiyada keçirilən parlament seçkilərində bütün səslər hesablandıqdan sonra Fikonun rəhbərlik etdiyi rusiyayönlü Smer-SD partiyası qalib gəlib. O, 23,29% səs toplayıb.

İkinci yeri Mixal Şimeçkonun rəhbərlik etdiyi Avropayönlü liberal partiyası Proqressiv Slovakiya (PS) tutub. O, 17,07% səs toplayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->