Xəbər lenti

Slovakiyada seçkiqabağı sorğularda Ukrayna əleyhinə olan partiya liderlik edir
Dünya 16:16 27.09.2023

Slovakiyada seçkiqabağı sorğularda Ukrayna əleyhinə olan partiya liderlik edir

Slovakiyada keçiriləcək seçkilər ərəfəsində "Ipsos" və "Focus" tədqiqat şirkətləri tərəfindən keçirilən son sorğuda müxalifət partiyası "Smer" "Progresivne Slovensko"nu qabaqlayır. Smer partiyasına Ukraynaya hərbi dəstəyə qarşı çıxan keçmiş baş nazir Robert Fiko rəhbərlik edir.

Qaynarinfo xəbər verir ki, Ipsos, Dennik N qəzetinin, Focus TV Markiza-nın sifarişi ilə sorğular keçiriblər.

Birinci şirkət Smer-in 20,6%, ikincisi 18% nəticə ilə qalib gələcəyini gözləyir. "Proqresivne Slovensko” seçkilərdə müvafiq olaraq 19,8% və 16,6% səs toplayır. Ipsos-un məlumatına görə, "Proqresivne Slovensko”ya dəstək son vaxtlar 2,6 faiz, Smer isə 0,3 faiz artıb.

Sorğuların nəticələri onu göstərir ki, səkkiz partiya parlamentdə yer qazana bilər, lakin onların heç biri səs çoxluğu qazana bilməyəcək. Ona görə də partiyalar koalisiyalarda birləşməli olacaqlar. Robert Fiko bundan əvvəl Slovakiyanın milli maraqlarını qoruyacağına və Ukraynaya hərbi dəstəyi dayandıracağına söz verib. Əksinə, "Proqresivne Slovensko” Kiyevə dəstəyini saxlayacağına söz verib. 

Qeyd edək ki, Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək. 2022-ci il dekabrın ortalarında Slovakiya parlamenti Baş nazir Eduard Heqerin koalisiya hökumətinə etimadsızlıq göstərdi, lakin o, yeni seçkilərə qədər məhdud səlahiyyətlərlə vəzifəsində qaldı.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->