Xəbər lenti

SOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edildi
Ekonomiks 18:25 07.08.2023

SOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavoduna yeni direktor təyin edilib.

Bu barədə "Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirib.

Məlumata görə, sözügedən vəzifəni Kutay Durna icra edəcək. O, indiyə qədər "İGSAŞ İstanbul Gübre Sanayii A.Ş.”də zavod direktoru olub və yeni vəzifəsində Xəyal Cəfərovu əvəz edib. O isə bir qədər əvvəl SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin olunub.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub ki, bu da hər il ölkəyə 160 milyon ABŞ dollarına qədər əlavə gəlir gəlməsi deməkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->