Xəbər lenti

Son altı ayda 140-dan çox bağça direktoru cəzalandırılıb
Ölkə 12:41 10.07.2025

Son altı ayda 140-dan çox bağça direktoru cəzalandırılıb

Bakıda uşaq bağçalarına qəbul üçün 20 minə yaxın valideyn növbə gözləyir.

"Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir təəsüflə bildirib ki, burada tələb təklifi üstələyir:

"Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur".

O, həmçinin əlavə ediv ki, son altı ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->