Uşaqlar arasında yeni xəstəlik yayılır.
Qızdırma ilə müşahidə olunan xəstəliyin adı məlum deyil.
Xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirirlər.
İnfeksionist Vasif Əliyev bildirib ki, xəstəlik daha çox uşaqlar arasında yayılıb. Hətta böyüklərə də uşaqlar vasitəsi ilə keçir.
İnfeksionist bildirib ki, xəstəlik uşaqlarda daha ağır keçdiyindən əksər zamanlarda həkim müdaxiləsi zəruri olur. O da bildirildi ki, infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün hava-damcı, təmas, bağırsaq infeksiyalarına aid edilən profilaktik qaydalara əməl olunmalıdır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər