Sağlamlıq 16:44 20.08.2022

Son sutkada 468 yeni yoluxma faktı qeydə alındı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

Ölkədə bu günədək ümumilikdə 807 984 nəfər koronavirusa yoluxub. Onlardan 794 621 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 579 nəfərdir.

Son gün ərzində 3 120, hazırkı dövrədək isə 7 116 736 test aparılıb.
 
Son gündə koronavirus əleyhinə 1 395 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 847 248 təşkil edir.