Sağlamlıq 16:42 07.06.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 57 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 508, bu günə qədər isə ümumilikdə 6 911 894 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 2 340 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 588, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 736 177, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 191, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 289 483, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 844 nəfər təşkil edir.