Dünya 13:59 24.04.2023

Sovet dövrünün gizlin üzü: Brejnevin qızı masaya çıxıb ətəyini qaldırır... (FOTO)

"Bir dəfə Kaşpirovskinin seansında birinci sırada oturmuş və ekstrasens əlini onun alnına qoyanda dəliyə dönən Qalina Brejnevanı gördüm. Kaşpirovski zalı transa salmışdı: hamı ayağını yerə döyür, axmaqcasına titrəyirdi, bir xala isə yerə yıxıldı... Amma o, Qalina Brejnevanın spirtli içkidən sağalmasına kömək edə bilmədi... Tamaşadan sonra mən, Kaşpirovski və Qalya səhnə arxasında olanda, o məni evinə qonaq çağırdı.

Qaynarinfo xəbər verir ki, bu cümlələr dövrün adamı - əsl Rusiyanı çəkməkdən qorxmayan sovet fotoqrafı Yuri Rıbçinskinin xatirlərində yer alıb.

Nəsə bir bayramdı – onun tanışlarının dar çevrəsi toplaşmışdı. Hamı necə lazımdı vururdu, o isə stolun üstünə hoppandı, ətəyini yuxarı çəkdi və oynamağa başladı. Onun arxasında atasının şəkli, Qlazunovun "Leonid İliç Brejnev” tablosu asılmışdı. Mənim, əlbəttə sevincdən heyrətə düşüdüm və o tərəf-bu tərəfi çəkməyə başladım. Və sonra bu kadrı seçdim.

Ertəsi gün səhər o ayılıb, məni evinə çağırdı və masanın üstündə rəqs etdiyi bu şəkli heç bir yerdə çap etməməyimi tapşırdı. Deyirəm: "Qalya, sən nə olduğunu başa düşürsən, mən həvəskar fotoqraf deyiləm. Məni dəvət edəndə onu maraqlandıran hər şeyin şəklini çəkən peşəkar fotoqrafı dəvət etmişdiniz. Amma siz sualı belə qoyduğunuza görə sizə bircə onu deyə bilərəm ki, bu gün bu foto üçün heç bir sifarişim yoxdur və onu dərc etmək niyyətində də deyiləm”.

O, bir az susub dedi: "Əgər çap etsən, səni öldürəcəm. Səni öldürəcək birini taparıq ”. Deyirəm: "Sualı elə qoymusan ki, istər-istəməz mənim müqavimətimi oyadırsan, ancaq mən sənə dediklərimi təkrar edə bilərəm”. Və şəkli masadan yığışdırdım. Onun məni öldürəcəyindən qorxmadım, bir az ləkələnmiş də olsa, verdiyim söz məni saxladı. Mən bu şəkli ilk dəfə çap edəndə Brejneva, deyəsən, artıq ölmüşdü. Sonra foto mənim iştirakım olmadan hər yerdə yayılırdı. Amma hələ də çap olunduğuma görə bir az utanıram.

Alpər