Ölkə 10:25 05.08.2022

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

"Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya  Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Qaynarinfo xəbər verir ki, 4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva facebook paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.
 
Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin "Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb edilib. Adıçəkilən redaktorlar isə bundan imtina edərək istefa ərizələrini yazaraq rəhbərliyə təqdim edib.