Xəbər lenti

Su basan ərazidə qalan azyaşlılar xilas edildi (VİDEO)
Video 20:04 08.05.2024

Su basan ərazidə qalan azyaşlılar xilas edildi (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində 2 azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  


Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub. 


Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

 





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->