"Sumqayıt"da ayrılıq yaşanıb.
Qaynarinfo xəbər verir ki, klub İdman direktoru Zamiq Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu haqda Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən "Sumqayıt"ın idman direktoru kimi çalışırdı. Onun klubda çalışdığı dövrdə sumqayıtlılar 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.
Səbuhi Həsənov
Şərhlər