Sənət 18:56 14.03.2023

Sumqayıt Dövlət Dram Teatrının 55 yaşı tamam oldu

Sumqayıt Dövlət Dram Teatrının 55 yaşı tamam olub.

Teatrın direktor səlahiyyətlərini icra edən Əməkdar artist Vidadi Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, teatr bu gün öz tamaşaçılarını 1969-cu il martın 14-də olduğu kimi "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə salamlayacaq:

"O vaxt bu tamaşa Cənnət Səlimovanın quruluşunda təqdim edilib. Bu gün isə teatrsevərlərə Firudin Məhərrəmovun quruluşunda olan tamaşanı təqdim edəcəyik.
 
Bundan əlavə, teatrın 3 aktyorunun yubileylərini qeyd edəcəyik. Teatr Xadimləri İttifaqı onları diplomla təltif edib. Bu gün həmin diplomları sahiblərinə verəcəyik. Sumqayıt İcra Hakimiyyətindən nümayəndələr gəlmişdi, kollektivi teatr günü ilə bağlı təbrik etdilər”.

Vidadi Məmmədov teatrın dövlət qayğısı ilə əhatə olunduğunu deyib.

Bahar Rüstəmli