"Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub son olaraq Rumıniya təmsilçisi "Botoşani”də çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Tisdel kariyerası ərzində "Hapoel" (Petah Tikva, İsrail), "Kocaelispor” (Türkiyə), "Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb. 2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qol vurmağa da müvəffəq olub.
Səbuhi Həsənov
Şərhlər