İdman 14:00 02.04.2022

"Sumqayıt" sabiq qapıçısını geri qaytardı

"Sumqayıt" Andrey Popoviçi heyətinə qatıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq, Ukraynanın "LNZ" (Çerkası) klubunda çıxış etmiş qapıçı ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Popoviç 2011/12, 2013/14 və 2014/15 mövsümlərində də "Sumqayıt"ın formasını geyinib.
 
O, "Sumqayıt"ın heyətində "23" nömrəli formada çıxış edəcək.
 
Səbuhi Həsənov