Ölkə 18:25 14.03.2024

Sumqayıtda baş həkim işdən çıxarıldı (YENİLƏNİB)

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadıq Sadıqovun qardaşı Rauf Sadıqov Sumqayıt şəhər 4 saylı xəstəxananın baş həkimi vəzifəsindən çıxarıldığı iddia edilir. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Rauf Sadıqov yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Xəsətəxanın baş həkimi vəzifəsinə isə Əbdürrəhim Cəfərov təyin edilib. 

Lakin sonradan apardığımız araşdırmalar nəticəsində məlum olub ki, işdən çıxarılan Əbdürrəhim Cəfərovdur. O, təqaüd yaşı çatdığına görə işdən çıxarılıb. 

Rauf Sadıqova gəlincə, o, Təcili-Tibbi Yardım Xəstəxanasının baş həkimidir və hazırda işini davam etdirir.  
 
Sumqayıt Tibb Mərkəzindən Qaynarinfo-ya xəbəri təsdiq ediblər:

"Bildiririk ki, 4 nömrəli Xəstəxanasının baş həkimi Abdurəhim Cəfərovla Sumqayıt Tibb Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə yaş həddinə görə 04.03.2024-cü il tarixdən xitam verilib. Yazıda qeyd olunan Rauf Sadıxov isə Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir".

Seyid