Ölkə 09:00 16.05.2022

Sumqayıtda gənc oğlan itkin düşüb (FOTO)

Sumqayıtda 2002-ci il təvəllüdlü Əliyev Tural Elçin oğlu itkin düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib. Məlumata görə, T.Əliyev bir həftə əvvəl – mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat veriblər.

T.Əliyevi görənlərdən və ya onun barədə məlumatı olanlardan 050 776 97 49 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.