Video 09:58 13.02.2024

Suraxanıda sürüşmə zonası yenidən aktivləşdi (VİDEO)

Bir neçə həftədir paytaxtın müxtəlif istiqamətlərində sürüşmə zonalarında aktivlik müşahidə edilir.

Qaraçuxur qəsəbəsi, Günəşli yaylası küçəsində fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə də eyni mənzərə hökm sürür. Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində evlərdə çatlar əmələ gəlib:

"Səhəri ürəyimizi yeyə-yeyə açırıq ki, birdən gecə nəsə olar, beton hissələr uşağın başına düşər. Çatlar böyükdür, evləri qızdırmaq olmur. Bir çox yerdən gəlib baxıblar, bir xeyri yoxdur. Bizə deyirlər ki, öz hesabınıza çıxın evdən”.

Ətraflı Baku TV-nin süjetində: