Ölkə 18:47 24.11.2023

Suraxanıdakı intiharla bağlı müəmma davam edir - Mərhumun bacısı və vəkilindən ittihamlar

Bu ilin fevralında Bakının Suraxanı rayonunda intihar edən Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun bacısı və onun vəkili mətbuat konfransı keçirib. 

Qaynarinfo xəbər verir ki, vəkil İkram Abdullayev əvvəlcə baş vermiş hadisə haqqında məlumat verib. 

O, bildirib ki, İntiqam Zamanovun cəsədi aşkar ediləndə cibində məktub tapılıb. Mərhum məktubu intihat etməzdən əvvəl yazıb. Vəkilin sözlərinə görə, o, məktubunda ailə üzvləri tərəfindən intihara vadar edildiyini qeyd edib. 

Mərhumun yaxınları da İnqtiqam Zamanovun intiharına görə onun ailə üzvlərini, xüsusilə, oğlu və həyat yoldaşını ittiham edir. 

Mətbuat konfarnsında vəkil bildirib ki, barədə intihar hadisəsini Suraxanı Rayon Prokurorluğu araşdırıb. İntiqam Zamanovun intiharı ilə bağlı bütün faktlar prokurorluğa təqdim edilib.
 
Lakin mərhumun yaxınları araşdırmanın nəticələrindən narazıdır. Onların fikrincə, işə ədalətli yanaşımır. 

İntiqam Zamanovun yaxınları bu iddialarını mərhumun oğlu və həyat yoldaşının məsuliyyətə cəlb edilməməsi ilə izah edir. 

Mətbuat konfransından görüntüləri təqdim edirik:

Seyid