Siyasət 17:23 05.08.2022

Suren Papikyanla Zakir Həsənov arasında operativ təmaslar dayanıb - Ermənistan MN

"Ermənistan və Azərbaycanın müdafiə nazirləri Suren Papikyanla Zakir Həsənov arasında hazırda operativ təmas mövcud deyil".

Qaynarinfo xəbər verir ki, bunu "Sputnik Armenia"ya Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan bildirib.

"Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə nazirləri arasında operativ əlaqə işləmir”, deyə Torosyan əlavə edib.

Müdafiə Nazirliyinin nümayəndəsi son təmas və rabitənin "qırılmasının” səbəblərini açıqlamayıb.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə barədə danışıb.

Aydın