Xəbər lenti

İdman 17:57 15.06.2022

"Sürix"in prezidenti və baş məşqçisi "Qarabağ"ı təriflədi

İsveçrənin "Sürix” klubunun prezidenti Ansilyo Kanepa Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri "Qarabağ" və "Lex" haqda danışıb.

Qaynarinfo xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:

"Lex” güclü Polşa Ekstraklasasında bir çox uğura imza atıb. Bu komandanın böyük beynəlxalq təcrübəsi də var. Eyni sözləri ikinci mümkün rəqib "Qarabağ” barədə də demək olar. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında uzun illərdir dominantlıq edir və böyük beynəlxalq təcrübəyə malikdir”.

"Sürix"in baş məşqçisi Franko Foda də püşkün nəticəsini dəyərləndirib. Mütəxəssis İsveçrə klununun rəsmi saytına açıqlamasında bunları deyib: 

"Lex" və "Qarabağ" keyfiyyətli komandalardır. "Qarabağ" ötən il Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. "Qarabağ"ın Avropada böyük təcrübəsi var. Onlar artıq beynəlxalq arenada uğurlar qazanan kluba çevrilib. Hər iki komandanı təhlil edəcəyik, yaxından izləyəcəyik. Üçüncü mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik".

Xatırladaq ki, "Lex" (Polşa) - "Qarabağ" cütünün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə qarşılaşacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->