Dünya 20:26 07.06.2022

Suriyada İran qruplarına qarşı  aviazərbələr endirildi

Bazar ertəsi axşam iranlı qiyamçı-marionetlərin Suriyadakı mövqeləri yenidən aviazərbələrə məruz qalıb. 

Qaynarinfo bu barədə Amerika Səsinin fars bölməsinə istınadən xəbər verir.

İranla bağlı milisin mənzil-qərargahı üzrə aviazərbələr bazar ertəsi gecə  saat 11:20-də vurulub. Rəsmi Suriya dövlət informasiya agentliyi SANA bildirib ki, hava bazası bazar ertəsi axşam Colan yüksəkliklərindən vurulub və nəticədə yalnız maddi ziyan dəyib. 

Qeyd edək ki, bu hücumlar əsasən İsrailə aid edilir.

Suriya bildirir ki, İsrailin 10 raketi Dəməşqdən cənubda əl-Kəsvə rayonunda hərbi mərkəzlərə istiqamətlənib, burada Livan "Hizbullah"ın elementləri və Suriya hərbi qüvvələri yerləşdirilib.

Hücum nəticəsində ölənlər və dağıntılar barədə dəqiq məlumatlar hələlik açıqlanmır.

İsrail rəsmilərinin  sözlərinə görə, 2017-ci ildən bəri ölkənin ordusu Suriyadakı və Yaxın Şərqin digər hissələrindəki İrana bağlı olan qrupların mövqələrinə qarşı 400-dən çox hava zərbəsi endirib.

Qeyd edilir ki, İsraillə yanaşı, İordaniya İranla əlaqəli Qüvvələrin Suriyadakı mövcudluğuna öz təhlükəsizliyi üçün təhdid kimi baxır.

Suriya KİV-in məlumatına görə, İordaniya ABŞ-ı Suriyanın cənubunda və sərhəd yaxınlığında öz mövcudluğuna qarşı duran İran meyilli qruplara lazımı reaksiya verməyə çağırıb.

M.Arif