Dünya 17:27 01.09.2022

Süveyş kanalı saatlarla davam edən blokadadan sonra açıldı

Beynəlxalq gəmi yollarından biri olan Süveyş kanalı çərşənbə axşamı, avqustun 31-i axşam saatlarında neft tankerində yaranan texniki nasazlıqdan sonra bağlanıb.

Qaynarinfo bu barədə "Reuters"ə istnadən xəbər verir.

Bu qlobal su yolunu idarə edən səlahiyyətlilər, "Affinity V" neft tankerinin sükan problemi səbəbindən çərşənbə günü saat 19 radələrində nəzarətdən çıxdığını və saya oturduğunu açıqlayıb.

Gecə yarısından sonra texniki və xilasedici qüvvələr neft tankerin yenidən suda üzməsinə müvəffəq olublar.

Uzunluğu 250, eni 45 metr olan "Affinity V" neft tankeri Sinqapur bayrağı altında üzərək Səudiyyə Ərəbistanının Yanbu limanına doğru hərəkət edib.

Məlumata görə, kanalın bir neçə saat bağlı qalması milyonlarla dollar ziyan vurub.

Xatırladıaq ki, 2021-ci ilin mart ayında nəhəng yük gəmisinin qəzaya uğramasından sonra beynəlxalq su yolu 6 gün müddətinə bağlanmışdı.

Qlobal malların ən azı 10%-i Süveyş kanalı vasitəsilə həyata keçirilir. Misir Respublikasının prezidenti Əbdülfəttah Sisi bu yaxınlarda ölkə hökumətinə beynəlxalq gəmiçilik təhlükəsizliyini təmin etmək məqsədilə kanalın cənub hissəsinin genişləndirilməsi layihəsini elan edib.

M.Arif