Ekonomiks 11:34 04.05.2022

Taleh Kazımov ilk dəfə bank rəhbərlərini toplayır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov bu gün bank rəhbərləri ilə görüşəcək.

APA-nın əldə etdiyi məlumata görə, görüş zamanı Azərbaycanın bank sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin bank rəhbərlərilə ilk görüşüdür.