Dünya 12:09 27.02.2024

Tayvan 5 Çin gəmisinin sərhəd adalarının ərazi sularına daxil olduğunu bildirdi

Çərşənbə axşamı, fevralın 27-də Tayvan bildirib ki, beş Çin sahil mühafizə gəmisi Kinmen adaları ilə sərhədə yaxın sulara daxil olub.

Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.

Agentlik bildirir ki, sahil mühafizəsinə nəzarət edən Tayvan Okean Məsələləri Şurasının sədri Kuan Bi-Linq jurnalistlərə Çin gəmilərinin Tayvanın sahil mühafizəsinin onlara tərk etmək əmrindən az sonra ərazini tərk etdiyini bildirib.

Eyni zamanda, Çin Sahil Mühafizəsi gəmilərlə bağlı incident haqda heç bir şərh verməyib.

Reuters-in məlumatına görə, bu ay Çin sahil mühafizəsi son insidentdən sonra Çin sahillərində yerləşən Tayvanın nəzarətində olan Kinmen adaları ətrafında müntəzəm patrullara başlayıb. Daha sonra iki Çin vətəndaşı qayıqları qadağan olunmuş sulara girdikdən sonra Tayvanın sahil mühafizəsindən qaçmağa çalışarkən həlak olub.

Alpər