Dünya 10:22 19.01.2023

Tayvan Çinin hücumunu 2027-ci ildə gözləyir

Çox güman ki, Çin Tayvana müdaxilə edəcək. Ölkənin Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, hücum 2027-ci ildə baş verə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.

Tayvanın xarici işlər naziri Cozef Vu hesab edir ki, Çin diqqəti daxili problemlərdən yayındırmaq üçün belə bir addım ata bilər.

"Çin, böyük ehtimalla lider Si Szinpinin daxili problemlərindən diqqəti yayındırmaq üçün Tayvana müdaxilə edəcək", - tayvanlı nazir bildirib. 
O, bu cür hərəkətlərin baş verəcəyi ehtimalı üçün əsas tarix kimi 2027-ci ili müəyyənləşdirib.

Qəzet qeyd edir ki, Tayvan boğazında gərginlik getdikcə artır və uzun illər ərzində ən yüksək gərginliyə çatıb. Tayvan mənbələrinə görə, Çin indi hər gün adanın hava məkanına döyüş təyyarələri göndərir.

Dekabrın 26-da Çinin 70-dən çox qırıcı və pilotsuz uçuş aparatları Tayvanın Hava hücumundan müdafiə qüvvələrinin müəyyənetmə zonasına daxil olub.

ÇXR ordusunun bəzi "təxribatlara” cavab olaraq "zərbə təlimləri” keçirdiyini iddia edir.

Tayvanlı yüksək səviyyəli rəsmilərdən birinin sözlərinə görə, bu yolla Pekin ABŞ-ın müdafiə büdcəsinin qəbuluna cavab vermək qərarına gəlib. Yeni büdcə, xüsusilə, Tayvana hərbi yardımın artırılması üçün vəsait nəzərdə tutur.

Nizami Bağırov