Dünya 11:42 13.01.2024

Tayvan seçkilərinin nəticəsi regional təhlükəsizlik vəziyyətini müəyyən edəcək

Tayvanda keçirilən seçkilər ada əhalisinin "Çin təzyiqinə müqavimət göstərməyə” hazır olub-olmadığını yoxlayacaq və növbəti dörd il üçün regionda təhlükəsizlik vəziyyətini müəyyən edəcək. 

Qaynarinfo xəbər verir ki, bu fikri "Fox News"a Müharibə Tədqiqatı İnstitutunun Çin Proqramının baş əməkdaşı Mett Makinnis bildirib.

"Bu seçki Tayvan elektoratının Çinin təzyiq və məcburiyyətinə qarşı geri çəkilməyə və gələcək lider kimi kimi istədikləri barədə müstəqil seçim etməyə hazır olub-olmadığını göstərən əsl sınaqdır", - Makinnis deyib.

Onun sözlərinə görə, seçkinin nəticəsi növbəti prezidentlik dövründə, xüsusən də Sakit okeanın qərbində təhlükəsizlik vəziyyətinin xarakterini müəyyən edəcək.

Qeyd edək ki, bu gün - yanvarın 13-də Tayvanda yerli administrasiya rəhbəri seçkiləri keçirilir. Üç namizəd mübarizə aparır: hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı Lai Qinqde, müxalif Kuomintangdan 66 yaşlı Hou Yu və mərkəzçi Tayvan Xalq Partiyasından 64 yaşlı Ke Venje. Lai Qingde favorit hesab olunur.

Qingde-nin dediyi kimi, dövlət başçısı seçilərsə, o, Pekinlə münasibətlərdə status-kvonu qoruyacaq və "bərabərlik və ləyaqət” şərti ilə Pekinlə qarşılıqlı əlaqəyə açıq qalaraq sülhə can atacaq.

Bundan bir qədər əvvəl Çin Müdafiə Nazirliyi Tayvanın müstəqilliyinə icazə verməyəcəklərini bəyan edib.

Alpər