Xəbər lenti

TƏBİB-in tabeliyindəki xəstəxanalar üzrə bir sıra xərclər azaldıldı
Ölkə 19:10 25.12.2025

TƏBİB-in tabeliyindəki xəstəxanalar üzrə bir sıra xərclər azaldıldı

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər azaldılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata endirilib.

Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri 2 milyon 500 min manatdan 1 milyon manata endirilib.


--> -->