Ölkə 15:35 08.11.2022

Təbrizdə Azərbaycan bayrağı dalğalandırıldı (VİDEO)

Güney Azərbaycanın Təbriz şəhərində Şuşanın erməni işğalından azad edilməsinin ikinci ildönümü və Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, Azərbaycan bayrağı şəhər ərazisində avtomobillərin intensiv hərəkət etdiyi yolun üzərində yerləşən yerüstü piyada keçiddən asılıb.

Bundan əlavə, Güney Azərbaycanın müxtəlif bölgələrində Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb.