Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "Evrodizayn” QSC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 36 000 AZN təşkil edən müqavilədə bağçalara qəbul sisteminin texniki dəstək, sistemin miqrasiya və inteqarasiya işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Evrodizayn” QSC 10 avqust 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Teymur Ramis oğludur.
Teymur Tağıyev haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.
"Evrodizayn” QSC-yə gəlincə, şirkətin 2021-ci ilin aprelində dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimova məxsus olması barədə
məlumatlar var.
Azad Rəhimov nazir olana qədər "İtaldizayn” QSC-nin təsisçilərindən biri və şirkətin Baş direktoru olub.
"Evrodizayn" QSC isə "İtaldizayn” şirkətlər qrupuna daxildir.
Seyid
Şərhlər