Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 78 stomatoloji mərkəzdə yoxlama aparılıb, 72-də nöqsan aşkar edilib.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə açıqlamasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyib.
Xezerxeber.az-ın məlumatına görə, o bildirib ki, bu ilin yanvar-oktyabr ayları ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən 78 stomatoloji klinikada yoxlama aparılıb. Onlardan 72-də müxtəlif qanun pozuntuları aşkarlanıb. Ən çox rast gəlinən hallar lisenziya və sertifikasiya olmadan fəaliyyət göstərmək olub.
Yoxlama zamanı məlum olub ki, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktıdır. Hətta aşkar edilənlər arasında tibb təhsili olmayıb, amma diş həkimi kimi işləyənlərə də rast gəlinib.
Mərkəzdən o da əlavə edildi ki, yoxlamalar planlı şəkildə davam etdiriləcək, qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı tədbirlər sərtləşdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər