Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? (VİDEO)
Lənkəranda baş verən qətllə bağlı müəmma daha da böyüyür.
Belə ki, kənd sakinlərinin sözlərinə görə, həyətində meyit tapılan ev iki nəfər tələbəyə kirayə verilibmiş.
Qonşu Atakişi Ağayev bildirib ki, evin sahiblərindən biri Bakıda yaşayır, digəri isə həbsxanadadır. Evi tələbələrə kirayə veriblər. Onlar isə yatandan-yatana gəlirdilər.
Qonşunun sözlərinə görə, bir müddət əvvəl də həyətdə axtarış olub.
Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, Cəlilabadda kollecdə təhsil alırmış.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər