Foto 15:06 15.08.2022

Təşəbbüs qrupları arasında futbol çempionatı başa çatdı (FOTOLAR)

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən Təşəbbüs qrupları arasında futbol çempionatı başa çatıb. 

Turnirin yarımfinal mərhələsinin nəticələrinə uyğun olaraq "Soydaş" FK və "Könüllülər TQ" final görüşündə qarşılaşıblar. Həyəcanlı keçən final oyununda "Soydaş" FK qələbə qazanaraq turnirin qalibi olub. 

Beləliklə, Təşəbbüs qrupları arasında futbol çempionatının yekun nəticələrinə əsasən İdman Klubu 3-cü yer, "Könüllülər TQ" 2-ci yer, "Soydaş" FK isə 1-ci yer tutub. 

Turnirin sonunda birinci, ikinci və üçüncü yerdə qərarlaşan komandaların hər bir üzvü müvafiq medal və diplomlarla təltif olunub, qalib komandaya çempionatın kuboku təqdim edilib. Çempionatda iştirak edən digər komandaların üzvlərinə isə layihədə aktiv iştirakçılıqlarından dolayı fəal iştirakçı diplomları tədqim olunub.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Təşəbbüs qruplarını idmanın birləşdirici fəlsəfəsi ilə bir araya gətirmək, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinə töhfə vermək, gənclər arasında sağlam həyat tərzinin təşviqi və onların asudə vaxtının səmərəli keçirilməsinə dəstək olmaqdır.