Dünya 10:58 25.05.2022

Texas məktəblərinin tarixində ən ölümcül hadisə - 21 ölü

Ötən gün axşam saatlarında ABŞ-ın Texas ştatının Yuvald şəhərindəki orta məktəbdə bir gəncin açdığı atəş nəticəsində 19 məktəbli və 2 böyük həlak olub. 

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru "Groq Aboot"a bildirib. Onun sözlərinə görə, daha bir neçə nəfər yaralanıb.  

Texas qubernatorunun sözlərinə görə, hadisəni 18 yaşlı Salvador Ramos adlı gənc törədib. Qatil polis tərəfindən zərərsizləşdirilib.

Xəbərə görə, Salvador nənəsini evdə öldürdükdən sonra, məktəbə gedib və qanlı hadisəni törədib. Bu hadisə, Texas məktəblərinin tarixində ən ölümcül olaydır.

Yaralıların sayı dəqiq açıqlanmayıb, ancaq polis nümayəndələri bildiriblər ki, bir neçə nəfər yaralanıb.  

M.Arif