Xəbər lenti

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi
Ekonomiks 23:20 09.12.2025

Tikinti maqnatına məxsus şirkət 1,5 milyonluq tenderin qalibi seçildi

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Gəncə şəhər MKTİB-nin balansında olan binalarda əsaslı təmir işləri görəcək. Buna görə ASC-yə 1 523 871,91 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir. Aqibət Məmmədov tikinti maqnatı kimi tanınır.

"Gəncə Körpü Tikinti-2" ASC əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərində qalib seçilir. Gəncə şəhər MKTİB də Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov tikinti maqnatı kimi tanınır. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->