Dünya 13:46 01.09.2022

Tokayev növbədənkənar prezident seçkisi elan edir: “Cəmi bir dəfə seçilmək hüququ”

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bundan əvvəl hakimiyyət prezident mandatını azaltmaq və təkrar seçilməyi qadağan etmək niyyətindədir.

Qaynarinfo Qazaxıstanın "Zona” internet nəşrinə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
 
"Bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm”.

Prezident vurğulayıb ki, köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün yeni ictimai etimad mandatı qazanmaq lazımdır.

"Mən səlahiyyət müddətini qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram. Mən də çox düşündüm və belə qənaətə gəldim ki, prezidentlik müddətlərinin sayına və müddətinə yenidən baxmaq lazımdır. Prezidentin mandatının 7 il müddətinə bir dövr ilə məhdudlaşdırılmasını təklif edirəm. Lakin təkrar seçilmək qadağan ediləcək”, - Tokayev bildirib.

Bundan əlavə, dövlət başçısı Qazaxıstan parlamentinin aşağı palatasına növbədənkənar seçkilərin 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib.

Nizami Bağırov