Dünya 11:45 27.09.2022

Tokayev rusiyalıların axını ilə bağlı Moskva ilə danışıqlara başlamaq istəyir

Astana Qazaxıstana gələn rusiyalıların artması problemini həll etmək üçün Moskva ilə danışıqlar aparmaq niyyətindədir. 

Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, bunu bu gün Türküstan ictimaiyyəti ilə görüşündə respublika prezidenti Qasım-Jomart Tokayev deyib.

"Biz Rusiya tərəfi ilə danışıqlar aparacağıq və bu problemi ölkəmizin maraqları əsasında həll edəcəyik”, – RİA Novosti Qazaxıstan liderinin sözlərindən sitat gətirib.

O bildirib ki, "son günlər” "Rusiyadan respublikaya çoxlu adam gəlir”. "Onların əksəriyyəti indiki ümidsiz vəziyyətə görə oranı tərk etmək məcburiyyətində qalıb. Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Hökumətə lazımi tədbirlər görməyi tapşırdım”, - deyən Tokayev həmyerlilərini səbirli və mütəşəkkil olmağa çağırıb.

Qeyd edək ki, respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-dən Qazaxıstana 98 minə yaxın rusiyalı daxil olub.

Alpər