Xəbər lenti

Tom Kruzun keçmiş həyat yoldaşları ayrıldığı sevgilisini dəstəklədi
Maqazin 11:16 09.12.2025

Tom Kruzun keçmiş həyat yoldaşları ayrıldığı sevgilisini dəstəklədi

Tom Kruzun keçmiş həyat yoldaşları – aktrisalar Nikol Kidman və Keti Holms – Hollivud superulduzu ilə ayrılıqdan sonra Ana de Armasa dəstək veriblər.

Qaynarinfo xəbər verir ki, "Radar Online”ın mənbələrinin məlumatına görə, qadınlar 37 yaşlı de Armasın 63 yaşlı Kruzla münasibətləri bitirmək qərarına təəccüblənməyiblər. 

Nikol onunla əlaqə saxlayan Riz Uizerpun vasitəsilə Anaya dəstək sözləri göndərib, Keti isə kubalı aktrisanın tərəfində çıxış edib:

"Ana ayrılıqdan sonra çox dəstək aldı, lakin onu ən çox təsirləndirən Nikol və Ketinin də onun arxasında dayanmasıdır. Onlar özləri Tomla münasibətlərdən keçiblər və onun nə yaşadığını yaxşı bilirlər”, - deyə nəşr yazıb.

Mənbələr həmçinin bildirir ki, Tom Kruz Hollivudun uzunmüddətli münasibətlər üçün ən az uyğun şəxslərindən biri kimi reputasiyaya malikdir. Onun aktrisa Mimi Rodjerslə ilk nikahı 1990-cı ildə üç ildən az davam edib. Daha sonra o, Kidmanla 2001-ci ildə, Holmsla isə 2012-ci ildə boşanıb.

Xatırladaq ki, Ana de Armas bu ilin fevralında ilk dəfə Tom Kruzla birlikdə görüntülənmişdi. Onların münasibətləri yaş fərqi səbəbindən mediada geniş müzakirə olunurdu: Kruz 63, Ana isə 37 yaşındadır.

Münasibətlər bir neçə ay davam edib və KİV-in məlumatına görə, Kruz aktrisaya evlilik təklifi etməyi planlaşdırsa da, Ana oktyabr ayında gözlənilmədən münasibətləri bitirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->