Xəbər lenti

Tramp amerikalı seçicilərin rəyini hiss etdi, Ukraynaya qarşı mövqeyini dəyişdi
Dünya 15:28 29.04.2024

Tramp amerikalı seçicilərin rəyini hiss etdi, Ukraynaya qarşı mövqeyini dəyişdi

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, ABŞ-ın 45-ci prezidenti və hazırkı seçkilərdə namizədi Donald Trampın mövqeyi bəzilərinin düşündüyü kimi ağ-qara deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Politico”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, respublikaçıların ritorikasında dəyişiklik digər şeylərlə yanaşı, Konqresin Ukraynaya yardımla bağlı qərarı ilə də sübut olunur.
"Ümid edirəm ki, namizəd Tramp görüb ki, Ukraynaya yardıma qarşı çıxmaq Birləşmiş Ştatlarda həqiqətən də populyar deyil və onun yenidən seçilmək şansına zərbə vurur”, - Sikorski bildirib.

Onun fikrincə, Tramp Ağ Evə qayıdarsa, Ukraynanı dəstəksiz qoymacaq və onun "Kremllə oynayacağını” güman etmək olmaz. Üstəlik, vaxtilə respublikaçı Avropanı müdafiəyə daha çox xərcləməyə çağıranda, o, haqlı olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->