Dünya 18:15 15.03.2024

Tramp dövründə MKİ Çinə qarşı gizli əməliyyat başladıb - "Reuters"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən iki il sonra Mərkəzi Kəşfiyyat İdarəsinə Çin sosial şəbəkələrində Çində ictimai rəyi onun hökumətinə qarşı yönəltmək məqsədi ilə gizli kampaniya başlatmağa icazə verib.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu bu yüksək məxfi əməliyyatla bilavasitə tanış olan keçmiş ABŞ rəsmiləri bildirib.

Üç keçmiş məmur, MKİ-nın Si Söz inpin hökuməti haqqında mənfi məlumatlar yaymaq və xarici xəbər agentliklərinə aşağılayıcı kəşfiyyat məlumatları sızdırmaq üçün saxta internet İP-dən istifadə edən kiçik bir əməliyyat qrupu yaratdığını söyləyiblər. 2019-cu ildə başlayan bu əməliyyatla bağlı daha əvvəl məlumat verilməyib.

Son on il ərzində Çin inkişaf etməkdə olan ölkələrlə hərbi paktlar, ticarət müqavilələri və işgüzar tərəfdaşlıqlar bağlayaraq qlobal mövcudluğunu sürətlə genişləndirir.

Mənbələrin "Reuters” agentliyinə verdiyi məlumata görə, MKİ komandası hakim Kommunist Partiyasının üzvlərini xaricdə qanunsuz yolla əldə edilmiş pulları gizlətməkdə ittiham edib və inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrini maliyyələşdirən Çinin "Bir kəmər və yol” təşəbbüsünü korrupsiyalaşmış və israfçı adlandırıb.

Keçmiş iki məmur bildirib ki, Çindəki səylər ölkənin yüksək səviyyəli liderləri arasında paranoyanı qızışdırmaq və hökumətini Pekinin ciddi şəkildə idarə olunan internetində təqiblərə vəsait xərcləməyə məcbur etmək məqsədi daşıyırdı.

"Biz istəyirdik ki, onlar kabusların arxasınca düşsünlər", - keçmiş məmurlardan biri deyib. 

Nizami Bağırov