Xəbər lenti

Tramp: “Sülh planı yalnız Zelenskiyə xoş gəlmir, komandası isə çox məmnundur”
Video 11:45 12.12.2025

Tramp: “Sülh planı yalnız Zelenskiyə xoş gəlmir, komandası isə çox məmnundur”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun təklif etdiyi müharibəni dayandırma planını bəyənməyən yeganə şəxs guya Vladimir Zelenskidir. Onun sözlərinə görə, Ukrayna liderinin komandası həmin sənədə daha müsbət yanaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb. Onun iddiasına görə, Vaşinqton həm Moskva, həm də Kiyevlə razılaşmaya çox yaxın olub.

"Düşünürdüm ki, biz Rusiya ilə saziş bağlamağa çox yaxınıq. Düşünürdüm ki, Ukrayna ilə saziş bağlamağa da çox yaxınıq. Əslində, Prezident Zelenskinin özündən başqa, onun komandasındakı insanlar bu saziş konsepsiyasından çox məmnun idilər”, – deyə Tramp bildirib.

O, əlavə edib ki, ABŞ-ın təklif etdiyi plan "dörd-beş bənddən” ibarətdir və ərazilərin bölünməsini nəzərdə tutur. Məhz bu səbəb də danışıqları çətinləşdirir.
Tramp diplomatik səyləri öz biznes təcrübəsi ilə müqayisə edərək bildirib ki, Ukraynada müharibəni bitirmək "daşınmaz əmlak sahəsində hər hansı bir sövdələşməni bağlamaqdan min dəfə çətindir”.

UNIAN-ın məlumatına görə, Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri ilə yardım etməyə hazır olduğunu deyib. Vaşinqtonun mümkün sülhməramlı və ya təhlükəsizlik kontingentində iştirakla bağlı öhdəlikləri gündəmdən çıxarılmayıb.

"The Economist” yazır ki, Trampın Ukrayna müharibəsini bitirməyə yönəlmiş cəhdləri adətən eyni senari üzrə gedir: Vaşinqton Kremlin maraqlarına uyğun addımlar atır, Ukrayna və müttəfiqlər planı yumşaltmağa çalışır, lakin Rusiya kompromis variantı rədd edir.

Bundan sonra Ukrayna təzyiq altında qalır və yeni sülh səyləri əvvəlkilərdən ciddi şəkildə fərqlənmir. Lakin tərəflər öz mövqelərini möhkəmləndirib və riskləri artırıblar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->