Dünya 15:38 09.06.2023

Trampa məxfi sənədlərlə bağlı ittiham irəli sürüldü

Cümə axşamı federal böyük münsiflər heyəti keçmiş prezident Donald Trampı vəzifəsindən getdikdən sonra saxladığı məxfi sənədlərlə düzgün işləməməkdə ittiham edərək ona qarşı cinayət işi qaldırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Donald Trampın özü sosial şəbəkədə ona qarşı irəli sürülən ittihamları təsdiqləyib. O, gələn çərşənbə axşamı günü Mayamidəki federal məhkəməyə gəlmək əmri verildiyini söyləyib. "MƏN GÜNAHSIZ İNSANAM!" – ABŞ-ın keçmiş prezidenti Truth Social platformasında yazıb.

CNN-də danışan Trampın vəkili Cim Trasti, keçmiş prezidentin hüquq qrupuna faktiki ittiham aktının göstərilmədiyini, lakin Trampın məhkəməyə gəlməsini əmr edən çağırış vərəqəsində "yeddi ittihamın nədən ibarət olacağını göstərən bəzi ifadələrin" olduğunu söyləyib.

İş keçmiş prezidentin Floridadakı iqamətgahında məxfi sənədləri saxladığı və hökumətin onları geri qaytarmaq cəhdlərinin qarşısını almağa çalışdığı ittihamını ehtiva edir. Hələlik dəqiq ittihamlar açıqlanmayıb.

Bununla belə, mənbələr bildiriblər ki, ittihama bilərəkdən milli müdafiə sirrini saxlamaq - bu "Casusluq haqqında” qanununun pozulmasıdır, yalan ifadələr vermək və ədalətə mane olmaq daxildir.

Keçən il ABŞ hökuməti Trampın Mar-a-Laqo malikanəsindən 300-dən çox məxfi sənəd, o cümlədən "tam məxfi” materiallar ələ keçirib.

Nizami Bağırov